ETSN ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənləri cərimələyib

img

14-08-2009 [11:29]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 03-09 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 13 akt və protokol tərtib olunub. Ümumilikdə 6 iş üzrə 11000 manat məbləğində cərimə tətbiq edilib. Atmosfer havasının mühafizəsi üzrə 3 akt və protokol tərtib olunub. Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunub, 4 iş üzrə 8000 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və protokol tərtib olunmuş, 1 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilib. Floranın mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 1 iş üzrə 1000 manat məbləğində cərimə tətbiq edilib. Faunanın mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA