Yasamal sakinləri qazsız qalacaq

img

13-08-2009 [06:11]


Bakı Dairəvi Avtomobil Yolu kommunikasiyalarının köçürülməsi ilə əlaqədar olaraq, avqust ayının 14-də səhər saat 09.00-dan etibarən ?Qanlı Göl? Qazpaylayıcı Stansiyasından qazın təchizatı müvəqqəti dayandırılacaq. Müstəqil İnformasiya Agentliyinin ARDNŞ-in rəsmi internet saytına istinadən yaydığı məlumata görə, iş görülən müddətdə Yasamal rayonunun Yeni Yasamal-1, Yeni Yasamal-2 massivlərində, eləcə də 2-ci Alatava qəsəbəsinin bir hissəsində qaz təchizatında məhdudiyyətlər qoyulacaq. Bununla bağlı yaranacaq müvəqqəti narahatlığa görə, ARDNŞ-nin ?Azəriqaz? İstehsalat Birliyi abonentlərdən üzr istəyir. İş başa çatdıqdan sonra qeyd olunan ərazilərin qaz təchizatı bərpa ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA