Havalar ayın 15-dən sonra istiləzməyə bazlayacaq

img

13-08-2009 [05:15]


Bakı və Abşeron yarımadasında avqustun 14-dək dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun direktor əvəzedicisi İmran Məmmədov açıqlamasında deyib. Onun sözlərinə görə, avqustun 14-də şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək: ?Havanın temperaturu gecə 21-23 dərəcə isti, gündüz 25-28 dərəcə isti gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq. Avqustun 15-də dəyişkən buludlu, əsasən yağmursuz, dəyişkən buludlu, şimal küləyi əsəcək, arabir güclənəcək, gündüz saatlarında isə əksinə az buludlu hava şəraiti gözlənilir. Havanın temperaturu gecə 21-23 dərəcə isti, gündüz 26-29 dərəcə isti gözlənilir. Avqustun 16-da həftə sonu havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gündüz saatlarında mülayim şimal küləyi əsəcək, arabir şimal küləyi güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə isti, gündüz 28-31 dərəcə isti olacaq?. İmran Məmmədov onu da bildirib ki, Azərbaycanın bölgələrinə gəlincə isə avqustun 14-də, yəni sabah əsasən yağmursuz hava şəraiti hökm sürəcək: ?Gecə və axşam saatlarında bəzi dağlıq və dağ ətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı istisna deyil. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 28-31 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti gözlənilir. Avqustun 15 və 16-da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin avqustun 15-də gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı olunur, amma qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 29-33 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti gözlənilir. Tibbi metroloji proqnozo gəldikdə isə yaxın 3 gün ərzində Abşeron yarımadasında xəzri küləyi fonunda nisbətən mülayim hava şəraiti gözlənilir ki, bu da meto həssas insanlar üçün əsasən əlverişli hava şəraiti hesab olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA