Elçin Behbudov ona qarzı aparılan kampaniyanın sifarizli olduğunu düzünür

img

13-08-2009 [12:48]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov haqqında səslənən ittihamların qərəzli olduğunu düşünür. Bu barədə Müstəqil İnformasiya Agentliyinə İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri özü açıqlama verib: ?Müslümət Rzaxanova hərdən bir şər-böhtanla mənim barəmdə kimlərinsə sifarişi ilə mətbuata müsahibələr verir. Yalan məlumatlar verməklə, ictimaiyyəti çaşdırmağa çalışır. Bir müddət öncə bildirmişdi ki, Elçin Behbudov Qobustana getsə, heç bir məhbus onunla görüşməyəcək. Mənsə ?Azadlıq? qəzetinin müxbirini özümlə götürüb oraya getdim. Beləcə onun yalanlarını ifşa etdim. Məhbuslar mənimlə görüşmək üçün növbəyə durmuşdular. Təxminən 7-8 məhbusla görüşdüm. Sübut etdim ki, bu qadın mətbuata yalan açıqlamalar verir?. E.Behbudov onu da nəzərə çatdırıb ki, M.Rzaxanovanın haqqında səsləndirdiyi yalan xarakterli iddialara görə məhkəməyə verə bilər: ?Onun iddiasına görə, guya oğlunu cinayəti bilib söyləmədiyinə görə həbs ediblər. Əslində isə Şakir Rzaxanovu ölüm cəzası ləğv olunmazdan əvvəl edam cəzası ilə həbs ediblər. Ölüm hökmü ləğv olunduqdan sonra onun cəzası ömürlük həbslə əvəz olundu. Bütün bunları mən yox, qanunlar, dövlət deyir. Onun oğlu hamilə qadının evinə oğurluğa girib onun üstünə benzin töküb yandırmışdı. Həmin qadın barədə də xoş olmayan fikirlər irəli sürülür. Bunu mənə həbsxana rəisi də deyib. Deyilənə görə, həmin qadın məhbus yaxınlarından pul yığır. Keçən dəfə də müsahibə verib ki, guya hansısa polis idarəsində mənə qarşı cinayət işi qaldırılıb. Amma mənim belə bir şeydən xəbərim yoxdur. Əgər mən hüquq müdafiəçisi olmasaydım, başqa addımlar atardım. O qadını məhkəməyə də verə bilərəm, amma bu mənə yaraşmaz. Mən adi bir hüquq müdafiəçisiyəm. Nə prezidentəm, nə də nazir. Bu qadının mənimlə işi nədir başa düşmürəm? Hesab edirəm ki, bütün bu addımlar mənə qarşı sifarişli törədilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA