Bakıda beynəlxalq kitab yarmarkası keçiriləcək

img

13-08-2009 [12:17]


Sentyabrın 10-12-də I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlikdən yaradılan Təşkilat Komitəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, sərgi-yarmarka ölkəmizdə birinci dəfə keçirildiyinə görə yerli və xarici yayın evlərinə sərgi stendləri üçün yerlər pulsuz veriləcək. Neftçilər prospekti 123a ünvanda yerləşən Muzey Mərkəzində keçiriləcək sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik müəssisələr, müəllif hüquqları qurumları, kitab nəşri və yayımı ilə əlaqədar bütün orqanların iştirakı gözlənilir. Təşkilat Komitəsi bəyan edib ki, yarmarkada müəllif hüquqları qorunan müxtəlif mövzulu kitablar, periodik nəşrlər, notlar, açıqcalar, poçt markaları, plastinkalar, kompakt disklər, video və audio kasetlər, slaydlar, coğrafi xəritələr, atlaslar, qlobuslar, müasir nəşriyyat texnika və avadanlıqları nümayiş oluna bilər. İştirakçılar istədikləri halda kitabları sata və ya hədiyyə olaraq paylaya bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA