Ali məktəblərin boz qalan plan yerlərinə və orta ixtisas məktəblərinə qəbulun nəticələri açıqlanıb

img

12-08-2009 [07:29]


Ali məktəblərin boş qalan plan yerlərinə və orta təhsil bazasindan (11 illik) orta ixtisas məktəblərinə ərizə qəbulu başa çatıb. Artıq ixtisas seçiminin nəticələri elan olunub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə TQDK-nın məğbuat xidmətindən məlumat daxil olub. Nəticələri öyrənmək istəyən abituriyentlər TQDK-nın saytına daxil olub məlumatı əldə edə bilərlər. Məlumata görə, ali məktəblərinin boş qalan plan yerlərinə və 11 illik orta təhsil bazasından orta ixtisas məktəblərinə ərizələrin qəbulu internet vasitəsilə 2009-cu il avqustun 7-dən 11-dək aparılıb. Ali məktəblərin boş qalan 1554 plan yerinə və orta ixtisas məktəblərinə ayrılan 6614 plan yerinə 28479 nəfər ərizə verib. Bu mərhələdə də ali məktəbə 1022, orta ixtisas məktəblərinə 6406 nəfər qəbul olub. Bununla da ali məktəblərdə 532 yer, 208 yer boş qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA