Altıyazlı uzaqların məktəblərə qəbuluna bazlanılıb

img

12-08-2009 [05:00]


Yeni dərs linin başlanmasına təxminən bir ay qalmasına baxmayaraq Təhsil Nazirliyi ölkədəki bütün orta məktəblərə bu il I sinfə gedəcək uşaqların sənədlərinin qəbuluna icazə verib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu il ümumtəhsil məktəblərinin I sinfinə 125114 nəfər uşağın qəbulu gözlənilir. Ötən il I sinfə gedənlər 119600, 2007-ci ildə isə 117921 nəfər təşkil edib. Rəqəmlərin müqaisəsi bu il ilk dəfə məktəbə gedəcək uşaqların sayının artacağını proqnozlaşdırmağa əsas verir. Qeyd edək ki, bu il I siniflərə 2003-cü il oktyabrın 30-dək anadan olan altıyaşlılar qəbul edilirlər. Təhsil Nazirliyindən bildirilib ki, orta məktəblərə altıyaşlıların sənədlərinin qəbulu prosesində hər hansı problemlə üzləşən valideynlər bu qurumun ?Qaynar xətt? xidmətinə müraciət edə bilərlər. Amma bir şərtlə ki, 496-34-82, 496-37-61 telefonlarına və qaynarxett@edu.gov.az elektron poçtuna ünvanlanan müraciətlər anonoim deyil, ünvanlı olmalıdır. Çünki nazirlik anonim müraciətləri araşdırmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA