Murad Dadazov: ?Mən heç kimdən qanunsuz yolla pul almamızam?

img

12-08-2009 [04:39]


?Mən istintaqa da demişəm, indi də deyirəm, bəli, mən reklam verilməsi üçün həmin şirkətdən pul almışam. Nahaq yerə kimsə fikirləşir ki, mən qanunsuz bir iş görmüşəm. Hüqüq-mühafizə orqanları bu işlə məşğuldurlar. Kim qanunsuz işlə məşğul olubsa, cəzasını alacaq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə tanınmış şoumen Murad Dadaşov ?GEN? MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin məhkəmədə onunla bağlı verdiyi izahata münasibət bildirərkən deyib. Qeyd edək ki, şirkət rəhbəri məhkəmədə Murad Dadaşova qardaşı Fərid Dadaşov vasitəsi ilə 40 min ABŞ dolları verdiyini bildirmişdi. Murad Dadaşov isə MİA-ya deyib ki, heç kim heç kimə müqaviləsiz, qanunsuz pul verməyib: ?Mən, ümumiyyətlə, bu məsələni şərh eləmək istəmirəm. Onu deyirəm ki, bu işlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Kimsə müqaviləsiz, qanunsuz iş görübsə, hamısı çağırılacaq, o adamlar öz izahatlarını yazacaqlar. Mən heç kimdən qanunsuz yolla pul almamışam. Kim necə qanunsuz pul qazanır bilmirəm, hər kəs öz əməlinə cavabdehdir. Mən demişdim ki, şirkət reklam olunacaq. Hamı görüb ki, mən həqiqətən bu şirkəti reklam eləmişəm, digər kanallarda da, verilişlərdə də reklamlar olub. Ona görə də biz qanun qarşısında daha düzgün mövqedəyik. Mən qanunsuz qurumla işləməmişəm, bunlar meşədə gizlənmiş insanlar deyil ki, qanuni şəkildə Azərbaycanda fəaliyyət göstərən bir tikinti şirkətidir. Alıcılarını aldadıblar, nə ediblər, özləri bilərlər. Buna görə qanun qarşısında cavab verəcəklər. Müqaviləyə gəldikdə isə Murad Dadaşov fiziki şəxs olaraq, o adamdan razılıq əsasında pul alaraq, şirkəti reklam eləyib. Vergilərə gəldikdə isə burada mənimlə bağlı hər hansı bir problem yoxdur. Məsələn, sizinlə reklamla bağlı müqavilə bağlananda vergini kim ödəyir, təşkilatınız. Mənim fiziki şəxs olaraq, nə vöinim var, nə də başqa hesabım. Fiziki şəxs olaraq, o adamla razılaşma əsasında pul alıb reklam eləmişəm. Kimsə yalan danışa bilər, amma mən aldatmaya nifrət edirəm. Nə olub, onu deyirəm. Pul alıb işimi yüksək səviyyədə görmüşəm. Heç kimi də aldatmamışam, Azərbaycana qarşı işləyən hansısa qurumla iş birliyində də olmamışam. Haqq ədalət var, hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə bu ədaləti üzə çıxaracaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA