Sumqayıtda içərisində adam olan lift qəzaya uğrayıb

img

12-08-2009 [04:13]


Sumqayıt şəhərindəki yaşayış binalarından birinin lifti qəzaya uyğaryıb. Fövqəladə Hallar Nazirliyinin məlumata görə, hadisə baş verən zaman liftdə 1 nəfər sakin olub. Hadisə yerinə çağırılmış xilasedicilər müəyyən ediblər ki, lift texniki nasazlıq səbəbindən şaxtaya düşüb. Lifti şaxtadan 1-ci mərtəbəyə qaldıran xilasedicilər yaralı vəziyyətdə olan sakini xilas ediblər. Sumqayıt sakini Vüsal İbrahimli Müstəqil İnformasiya Agentliyinə bildirib ki, şəhərdəki yaşayış binalarında köhnə liftlər çoxdur və bu səbəbdən də qəzaların tez-tez baş verməsi ehtimalı var. Sumqayıt şəhər ?Lift-Servis? Birliyinin rəhbərliyi də köhnə liftlərlə bağlı deyilənlərlə razıdır. Amma idarədən MİA-ya bildirilib ki, şəhərin yaşayış binalarındakı liftlərin təmiri istiqamətində işlər görülür. Belə ki, bu ilin I yarısında binalara 3 ədəd yeni lift quraşdırılıb, 3 ədəd lift bərpa olunub, 47 ədəd liftdə isə cari təmir işləri aparılıb. ?Lift-Servis? Birliyi ilin sonunadək daha 35 liftdə əsaslı təmir işləri aparmağı nəzərdə tutub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA