Elektrik qatarlarının hərəkət etdiyi dəmir yolu xətti sökülür

img

12-08-2009 [03:12]


Artıq elektrik qatarlarının hərəkəti üçün nəzərdə tutulan dəmir yolu xətlərinin sökülməsinə başlanılıb. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, sözlərinə görə, söküntüsü aparılan dəmir yolu xətti son illər istifadə olunmurdu: ?İşlər Nazirlər Kabinetinin 73 saylı qərarı əsasında aparılır. ?Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında? qərarına uyğun olaraq, o qədər də səmərə verməyən dəmir yollarını söküləcək. Bunun əvəzində digər yollarda yenidənqurma işləri aparılacaq. İdarənin hesablamalarına görə, son illər Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcmi azaldığından bu sahədən demək olar ki, gəlir əldə edilmir. Nəticədə dəmir yolunun iqtisadi vəziyyətinə ciddi ziyan dəyib. Umumi uzunluğu 30 kilometr olan Zabrat II stansiyasından Maştağa-Bağlar-Buzovna-Zuğulba-Sahil-Mərdəkan-Qala stansiyasınadək birxətli dəmir yolunun sökülməsi mərhələli şəkildə həyata keçiriləcək. Buna baxmayaraq, Pirallahı, Hövsan və Sumqayıt istiqamətlərinə elektrik qatarlarının işləməsində problem olmayacaq. Amma əvvəllər həmin qatarlar dairəvi istiqamətdə hərəkət edirdisə, hazırda gedib-qayıdacaq?. N. Əzməmmədov aparılan söküntü işlərinin bir ay müddətində başa çatacağını bildirdi: ?Elektrik qatarları üçün nəzərdə tutulan dəmir yollarının sökülməsindən əldə olunan qurğulardan digər yollarda aparılan yenidənqurma işlərində istifadə ediləcək. İlk növbədə Zazalı-Gəncə mənzilinin cüt, Heybət-Biləcəri mənzilinin tək, Güzdək-Baş Xırdalan mənzilinin cüt yolunun əsaslı təmirində istifadə olunacaqdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA