Dəmir yolu ilə ölkəmizə gələn sərnizinlər A/H1N1 virusuna qarzı yoxlanılır

img

12-08-2009 [03:11]


Azərbaycanda iki nəfərdə A/H1N1 virusunun aşkarlanmasından sonra nəzarət tədbirlərinin gücləndirilməsi zərurəti yarandı. Respublikamızın sərhəd-keçid məntəqələrində ölkə ərazisinə gələn vətəndaşların ciddi yoxlanıldığı bildirilsə də, fərqli məlumatlar da yayılır. Bu arada yayılan bəzi məlumatlara görə, Azərbaycan Dəmir Yolu vasitəsi ilə ölkəmizə gələn sərnişinlər ciddi yoxlanılmır. ?Azərbaycan Dəmir Yolu? SC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib ki, ölkə ərazisinə dəmir yolu ilə gələn sərnişinlər sərhəd-keçid məntəqəlrində yoxlanılır: ?Dövlət sərhəddinin buraxılış məntəqələrində ?bir pəncərə? prinsipinin tətbiqi ilə bağlı sanitar proseduraları Dövlət Gömrük orqanları tərəfindən həyata keçirilir. Sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları tərəfindən qrip epidemiyası baş verən ölkələrdən gələn insanlar barədə Respublika Sanitariya-Karantin Müfəttişliyinə məlumat verilir. Bu şəxslər üzərində tibb müəssisələri tərəfindən müşahidə təmin edilir. Dəmir yolunda isə ?donuz qripi? virusunun profilaktikası üzrə işlər gücləndirilib. Bununla bağlı tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən dəmir yolu ərazisində və xüsusilə də, sərnişin qatarlarında xəstəliklərin qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirilir. Sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır. ADY-nin Taun Əleyhinə stansiyada profilaktik preparatların, dezinfeksiya maddələrinin, fərdi qoruyucu vasitələrinin ehtiyatı yaradılır. Dəmir yolu sərhəd-keçid məntəqələrində və sərnişin qatarlarında tibb briqadaları yaradılıb. Bütün vaqonlar reysə verilməmişdən öncə dezinfeksiyadan keçirlər. Bundan əlavə, daşımalarda iştirak edən bütün əməkdaşlara sərnişinləri xəbərdar etmələri barədə göstəriş verilib?. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) alınıb və sərhəd gömrük-buraxılış məntəqələrində quraşdırılıb. Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələri tərəfindən Səhiyyə Nazirliyi ilə əlaqələndirilmiş şəkildə A(H1N1) qripi xəstəliyi qeydə alınan dövlətlərdən ölkəmizə gələn əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları haqqında müvafiq məlumatlar toplanılaraq Səhiyyə Nazirliyinin Sanitariya-Karantin Müfəttişliyinə təqdim edilməsi işi təşkil olunub. Buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır. Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir. Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunan yerlər müəyyən edilib. Həmçinin, xüsusi qoruyucu geyimlərdən istifadə etməklə, mütəmadi olaraq nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir. İndiyədək A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 580-dən artıq müayinə aparılıb. Respublika Taun Əleyhinə Stansiyasından verilən məlumatlara görə, həmin müayinələrin cəmi ikisinin nəticəsi müsbət olub. A/H1N1 virusu aşkarlanan həmin şəxslərin vəziyyəti isə artıq tam normallaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA