Xətai rayon Bələdiyyəsi və icra Hakimiyətinə qarzı sərt ittihamlar səsləndi

img

12-08-2009 [03:09]


Bu gün Azərbaycan Media Mərkəzində Xətai rayonu, M.Rüstəmov küç. 26, mənzil 5-də yaşayan İsmayıl Eyvaz oğlu İsmayılov Xətai rayon Bələdiyyəsi tərəfindən ona haqsız olaraq, torpaq sahəsinin verilməməsi ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, İ.İsmayılov fərdi ev tikmək üçün 2003-cü ildə Xətai rayon Bələdiyyəsində torpaq sahəsinin ayrılması üçün xahiş etdiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə ? 01/480 saylı sənədlə növbəyə yazılıb: ?Mən əmək veteranıyam. 49 ildir müəllim işləyirəm. 2006-cı ilin avqust ayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini R.Pənahovun qəbulunda oldum. O da öz növbəsində ailəmizin çətin şəraitdə yaşadığını nəzərə alaraq, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılmasına razılıq və göstəriş verdi. Şıxlinski küçəsində 3,7 sot torpağa cizgi çəkildi və BŞİH-nə təqdim edildi. Sonra məlum oldu ki, həmin sahənin altından fəaliyyətsiz neft kəməri keçir. R.Pənahovun göstərişinə əsasən, həmin torpaq sahəsinin altından keçən neft borularının demontaj olunmasına aid sənəd təqdim etdikdən sonra ərizənin müsbət həllini tapacağını bildirdi. 10 noyabr 2006-cı ildə Dövlət Neft Şirkətindən razılıq alınması üçün Abşeron Neft Kəmərləri İdarəsinin rəisi R.Vahabova müraciət etdim. Nəhayət, 5 aydan sonra 7-8 mart 2007-cı ildə Şıxlinskidə olan 3,7 sot və burada olan bütöv sahənin altından keçən boru kəməri tamamilə demontaj olundu və təmizləndi. Nəzərinizə çatdırım ki, həmin sənədlər hazırda BŞİH və Xətai RİH-dədir?. Şikayətçinin sözlərinə görə, R.Pənahov ona həmin sahədə ev tikməsi üçün Xətai rayon İcra H akimiyyətindən razılığın alınmasını bildirib: ?16 iyun 2007-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədovun qəbulunda oldum və ondan şəraitimi nəzərə alıb, ev tikməyim üçün mənə torpaq sahəsi ayırmasını xahiş etdim. O, xahişimi nəzərə alaraq, razılıq məktubunun verilməsini memar H.Vəliyevə və müavinə tapşırdı. Onlar isə ərizəmin cavabını 2 ay ləngidərək vaxt uzatdılar. Sən demə, məqsəd həmin ərazini satmaq imiş. Beləliklə, ərazinin boru kəmərlərinin tənzimlənməsindən istifadə edən Xətai RİH, Xətai rayon Bələdiyyəsi və BŞİH əlbir olaraq, həmin sahəni kənar adamlara ? Cəbrayılov Elnur Nizami oğlu və Bağırova Asiman Məmməd qızına satdılar. Xətai rayon Bələdiyyəsi, Xətai RİH-lə əlbir olub torpaq satmaqla məşğuldurlar?. İsmayıl İsmayılov onu da bildirib ki, 4 ildir müraciət etmədiyi ünvan qalmayıb. Lakin cəhdlərinin hamısı nəticəsiz olub: ?Bu adələtsizliyə, haqsızlığa kimə dözə bilər? Artıq 5-ci dəfədir ki, Prezident Administrasiyasının Regional və Yerli Özünüidarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevin və ATƏT-in səlahiyyətli nümayəndəsi Səməd Seyidovun qəbulunda olub, şikayət ərizəsi təqdim etmişəm. Lakin yenə də nəticəsiz qalıb. İndi isə ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət etmək məcburiyyətindəyəm?. [b]Azər Sadıxov[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA