Turizm sahəsi üzrə yeni standartlar qəbul olunub

img

12-08-2009 [02:12]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində turist-ekskursiya xidmətlərinə aid 3 standart təsdiq edilib. Komitənin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, AZS 369-2009 (Turist-ekskursiya xidmətləri. Yerləşdirmə vasitələri. Ümumi tələblər) standartı turistlərin yaşaması üçün ayrılmış mehmanxana və mehmanxana tipli obyektlərə şamil edilir. Sənəddə mehmanxana və mehmanxana tipli obyektlərin növü, ümumi tələblər və xidmətlər müəyyən edilir. AZS 370-2009 (Turist-ekskursiya xidmətləri. Turist marşrutlarına tələblər) standartı turist marşrutlarının təsnifatını, işlənmə tələblərini müəyyənləşdirir. Standart turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması məqsədilə istifadə oluna bilər. AZS 371-2009 (Turist-ekskursiya xidmətləri. Termin və təyinatlar) standartı turist-ekskursiya fəaliyyəti sahəsində standartlaşdırma üzrə sənədləri hazırlayan təşkilatlara, eləcə də bu fəaliyyət növü ilə məşğul olan müəssisələrə şamil olunur. Bu standartla müəyyən olunmuş terminlər standartlaşdırma, sertifikatlaşdırma və keyfiyyətin idarə olunması işlərinə aid olan və turist-ekskursiya xidməti sahəsində istifadə olunan bütün növ sənədlərin tətbiqi üçün vacibdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA