Qafqaz Müsəlmanları idarəsi Ramazan ayının bazlanması ilə bağlı fətva verdi

img

12-08-2009 [01:26]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, fətvada Ramazan ayının başlanğıcının bu il Miladi təqvimi ilə avqustun 22-ə təsadüf etdiyi qeyd olunur. Niyyət günü avqustun 21-i axşam olacaq. Ayın görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə sentyabrın 20-si və ya 21-ə təsadüf edəcək. QMİ-nin sədri Hacı Allahşükür Paşazadənin sözlərinə görə, orucluğa dair cədvəli Milli Elmlər Akademiyasının Şamaxı rəsədxanası hazırlayıb. Onun sözlərinə görə. hər bir müsəlman oruc tutarkən, bu cədvəlin tələblərinə əməl etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA