Bu gün QMi-nin 12-ci qurultayında Ramazan ayı ilə bağlı fətva veriləcək

img

12-08-2009 [12:52]


10 gündən sonra avqustun 22-də müqəddəs Ramazan ayı başlayır. Bununla əlaqadar bu gün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verəcək. Bundan əlavə ramazanda yerinə yetirilən dini mərasimlərlə bağlı astroloji mərkəzlərlə razılaşdırılmış xüsusi cədvəl də hazırlanacaq. Bu gün həmçinin QMİ-nin növbəti qurultayı da keçiriləcək. Sayca 12-ci qurultayda ölkənin müxtəlif bölgələrindən qazilər, axundlar, o cümlədən Gürcüstan və Şimali Qafqazdan gələn qazilər qatılacaq. Təxminən 250 nəfərin iştirak edəcəyi qurultayda QMİ-nin nizamnaməsinə müəyyən dəyişikliklər ediləcək. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bildirib ki, qurultayda son 5 il ərzində görülən işlər barədə dindarlara hesabat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA