Müslümət Rzaxanova: ?Məhbuslar Elçin Behbudovu məhkəməyə vermək istəyirlər?

img

12-08-2009 [12:25]


Qobustan Qapalı Həbsxanasında kütləvi şəkildə aclıq aksiyası davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova məlumat verib. M.Rzaxanova bildirib ki, hazırda məhbuslar bir-birindən təcrid olunmuş vəziyyətdə saxlanılır: ?Məndə olan məlumata görə, hətta onları açıq havaya da tək-tək çıxarırlar. Etibarlı mənbədən aldığım məlumata görə, orada kütləvi şəkildə aclıq aksiyası başlanıb. Son günlər həbsxana rəisinin məhbuslara olan münasibəti daha da qəddarlaşıb. Məhbusla görüşmək üçün məhbusların yaxınları girişdə və çıxışda saatlarala yoxlanılır. Yoxlamada məqsəd onların üzərində hansısa şikayət ərizəsinin və ya məktubun olub-olmamasını araşdırmaq və onları müsadirə etməkdir. Burda sual ortaya çıxır ki, əgər orada heç bir qanun pozuntusu yoxdursa bu hərəkətlərə nə ehtiyac var?! Penitensiar Xidmətin rəhbərliyi tərəfindən Şakir Rzaxanlı 3 il ərzində yol vermədiyi qanun pozuntuları ilə ittiham olunur. Bəzi məhbusların yaxınları mənə təklif edirlər ki, Prezident Administrasıyasının qarşısında aksiya keçirək?. Komitə sədri deyib ki, hüquq müdafiəçisi Elçin Behbudovun sözügedən həbsxanada monitorinq keçirmək istəməsi özünü reklam xarakteri daşıyır: ?Hələ məhbusların Elçin Behbudovu qəbul edib-etməyəcəyi bəlli deyil. O, yalnız ?xüsusi? məhbuslarla görüşür. Əvvəllər məhbuslar ona etibar edib, öz ərizə və şikayətlərini vermişdilər. O zaman Elçin bəy həmin ərizə və məktubların hamısını aparıb həbsxana rəisinin qarşısına qoymuşdu. Nəticədə isə həmin məhbuslar buna görə ağır işgəncələrə məruz qaldı. Ona görə də həmin məhbuslar onun barəsində məhkəməyə müraciət etmək istəyirlər. Mən şəxsən özüm dəfələrlə onunla bu barədə mübahisə etmişəm. Elçin Behbudov həbsxana rəhbərinə xidmət göstərən bir insandır. Eşitdiyimə görə, mənim oğlumla da görüşmək istəyir. Amma mən hesab edirəm ki, o, bu addımı mətbuatda özünü reklam etmək üçün atır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA