Dövlət Əmək Müfəttizliyi 729 müəssisədə 2528 qanun pozuntusu azkarlayıb

img

12-08-2009 [12:15]


?Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyi tərəfindən mütəmadi olaraq, təsdiq edilmiş qrafik əsasında müəssisələrdə (mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlar) əmək qanunvericiliyinə əməl olunmasına dair dövlət nəzarəti ? yoxlamalar həyata keçirilir. Bu yoxlamalar DƏM-in Mərkəzi Aparatı və bölgələr üzrə Dövlət Əmək müfəttişlikləri tərəfindən aparılır?. Dövlət Əmək Müfəttişliyindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlarla əlaqədar icrası məcburi olan göstərişlər verilir: ?Həmçinin İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş xətalara yol verildiyi təqdirdə, DƏM-in vəzifəli şəxsləri tərəfindən protokol tərtib edilir və inzibati xəta törətmiş şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələnir?. DƏM-dən o da bildirilib ki, 2009-cu ilin I yarısında 729 qeyri-dövlət müəssisəsində aparılmış yoxlamalar zamanı 2528 qanun pozuntusu aşkarlanaraq, 2230 icrası məcburi olan göstəriş verilmiş və 66 hüquqi və fiziki şəxs barəsində inzibati tənbeh (cərimə) tətbiq edilməsi haqqında qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA