?Donuz qripi? sürətlə yayılmaqdadır

img

11-08-2009 [03:38]


Azərbaycanda ?Donuz qripi?nin (A/H1N1) yayılmasının yalan olması ilə bağlı xəbərlər təsdiqini tapmadı. Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında yayılan xəbərlərin qətiyyən həqiqətə uyğun olmadığını deyib: ?Müayinələrin aparılmasını kompüter özü təyin edir. Avadanlıqların hamısı Amerikadan gətirilib. Həmin avadanlıqlarla işləmək üçün mütəxəssislərimiz dəfələrlə Amerikada, Tailandda, Misirdə yüksək səviyyədə treninqlərdə iştirak ediblər. Müayinlər çox dəqiq aparılır. Bu cür gülünc şayiələr yaymaq düzgün deyil. Əgər müasir standartlara cavab verən laboratoriyamızın olmasına şübhə ilə yanaşanlar varsa, gəlib öz gözləri ilə hər şeyi görə bilərlər?. Ş.Qurbanovun sözlərinə görə, Rusiya və Amerika Birləşmiş Ştatlarının mütəxəssisləri tərəfindən xəstəliyə qarşı yeni preparat hazırlanır: ?Dünya ölkələrində bu xəstəlik sürətlə yayılır. Buna görə də Rusiya və ABŞ-ın mütəxəssisləri xəstəliyə qarşı preparatlar hazırlayırlar. Artıq dərmanların bir partiyası hazırlanıb sınaqdan keçirilir. Əgər effektli nəticə verərsə, kütləvi şəkildə istehsala başlanacaq?. Ş.Qurbanov deyib ki, qarşıdan qış mövsümü gəldiyi üçün insanların xəstəliyə yoluxma ehtimalı daha çoxdur: ?Soyuq aylarda insan orqanizmi qripin istənilən növünə qarşı həssas olur. Ona görə də, mütəxəssislər vaksini tezliklə hazırlamağa çalışırlar ki, əhalini kütləvi şəkildə peyvənd etmək mümkün olsun. İlk növbədə kiçik yaşlı uşaqların və hamilə qadınların peyvənd olunması nəzərdə tutulur?. Direktor müavini deyib ki, preparat kifayət qədər davamlı olarsa, ölkəmizdə də tətbiq olunması planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA