Sabah Bakıda izıqlar kəsiləcək

img

11-08-2009 [02:07]


Sabah Bakının bir çox yerində işıqlar kəsiləcək. Belə ki, "Bakıelektrikşəbəkə" istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmək üçün abunəçilərə verdiyi vaxt sabah saat 15.00-da başa çatır və bu səbəbdən də sözügedən qurum elektrik enerjisinin verilməsini məhdudlaşdıracaq. "Bakıelektrikşəbəkə"dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, borcunu ödəməyən vətəndaşların elektrik enerjisi ilə təchizatı qeyd-şərtsiz dayandırılacaq. Qurum bir daha xəbərdarlıq edir ki, borcunu vaxtında ödəməyənlərə heç bir güzəşt edilməyəcək və borca görə işığı kəsilən şəxslərin təkrar şəbəkəyə qoşulması bir neçə gündən sonra mümkün olacaq. Xatırladaq ki, borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin ?Bakıelektrikşəbəkə?nin internet saytı (www.bes.az) vasitəsilə ?onlayn? rejimdə həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA