Qasırğa nəticəsində dam örtüyü dağılmız evlərin təmiri yekunlazmaq üzrədir

img

11-08-2009 [01:55]


Təbii fəlakət nəticəsində Ağdam rayonunun Dördyol qəsəbəsi adlanan ərazidəki köçkün şəhərciyində dam örtüyü uçmuş evlər təmir edilir. Bu sözləri Qaçqınlar və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sözçüsü Sənan Hüseynov Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, həmin yaşayış binaları ?Dövlətqaçınkom?un nəzdində fəaliyyət göstərən Mənzil-İstismar Departamentinin balansındadır və bu departament həmin qəsəbələrə xidmət göstərir: ?Artıq dünənki təbii fəlakət nəticəsində yaranmış fəsadlar aradan qaldırılır. Sonuncu mənzilin tavan işləri də sona çatmaq üzrədir. Günün sonuna qədər evlərin tam bərpası başa çatdırılacaq. Təbii fəlakət baş verəndən sonra 3 briqada işə cəlb olunub və təbii fəlakətin yaratdığı fəsadlar aradan qalxmaq üzrədir?. S.Hüseynov deyib ki, o ərazidə yerləşən 1800 qədər evin 3-nün dam örtüyünə təbii fəlakət nəticəsində zərər deyib: ?Təbii fəlakət nəticəsində baş vermiş hadisənin məncə, keyfiyyətə heç bir adiyyatı yoxdur. Dəymiş zərər isə hələ ki, bilinmir. Zərər komitənin daxili imkanları hesabına aradan qaldırılır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA