Nazir Misir Mərdanov yeni dərs ilinə dair müzavirə keçirib

img

11-08-2009 [01:50]


Təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələrə dair müşavirə keçirib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müşavirədə təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir-tikinti, təchizat məsələləri ətrafında müzakirələr aparılıb. Tədbirdə çıxış edən nazir Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkənin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, daha sonra yerlərdə təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər və qarşıda duran vəzifələr müzakirə olunacaq. Müşavirədə Təhsil Nazirliyi ilə beynəlxalq qurumların həyata keçirdiyi birgə layihələr, tədris prosesində keyfiyyətin daha da yüksəldilməsi, dünyada tanınmış azərbaycanlı elm adamları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA