iz axtaran müəllimlərin sənədi internetlə qəbul olunacaq

img

11-08-2009 [01:48]


Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı bu ildən tətbiq olunacaq yeni qaydalar barədə ilkin məlumat verib. Nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, yeni tədris ilindən etibarən Bakı şəhərindəki bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin internet saytında elanların verilməsi nəzərdə tutulur. İşə qəbul olunmaq istəyən müəllimlərdən həmin vakansiyalara uyğun olaraq elektron ərizələr qəbul ediləcək. Daha sonra ərizə vermiş müəllimlərin sənədləri yoxlanacaq və onlar müsabiqədən keçiriləcəklər. Müsabiqədən keçəcək müəllimlər sınaq müddətinə vakant yerlərə təyin olunacaqlar. Nazirlik bu qaydaları 2010-2011-ci tədris ilindən respublikanın bütün ərazisində tətbiq etməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA