ETSN Mingəçevirdə ətraf mühitin mühafizəsi istiqamətində qanun pozuntuları azkarlayıb

img

11-08-2009 [11:09]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi 2009-cu ilin 7 ayı Mingəçevir şəhərində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 44 akt və protokol tərtib edilib. Belə ki, aktlardan 3-ü su ehtiyatlarının mühafizəsi, 5-i tullantılardan düzgün istifadə edilməməsi, 3-ü atmosfer havasının mühafizəsi, 10-u flora, 8-i isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı olub. Ümumilikdə, cari ilin 7 ayı ərzində şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 11987 manat vəsait ödənilmişdir. Aşkar edilmiş ciddi nöqsanlara görə 15 şəxs barəsində cərimə tərtib edilərək onlardan 5-nin icrasını təmin üçün məhkəmə nəzarətinə göndərilib. Təşkilat təsərrüfat və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə 7 iş üzrə 502,83 manat məbləğində iddia qaldırılmışdır. 6 iş üzrə 353 manat iddianın ödənilməsi təmin edilib. Xidməti ərazidə yerləşən 130 obyektə 15283,73 manat məbləğində ödəniş tapşırıqları verilmiş, bunlardan 10939,04 manatın ödənilməsi təmin edilmişdir. Rayon məhkəməsinə baxılması üçün 2 iş göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA