Səbail rayon məhkəməsi Emin Milliylə Adnan Hacızadənin iddiası təmin etmədi

img

10-08-2009 [06:33]


Bu gün Səbail rayon məhkəməsində gənc fəallar ? Emin Milliylə Adnan Hacızadənin Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər prokurorluğu, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddia ərizəsinə baxılıb. İddiaçıların vəkili Elton Quliyev deyib ki, qapalı keçirilən məhkəməyə gənc fəalların özləri dəvət edilməyiblər. Vəkillər hakimə etirazlarını bildirsələr də, proses davam edib. Bundan başqa, məhkəmədə qarşı tərəfin nümayəndələri də iştirak etməyib. Prosesdə iddiaçı tərəfin vəkilləri çıxış edərək bildiriblər ki, hüquq-mühafizə qurumlarının yaydıqları birgə bəyanatda gənclər barəsində təqsirsizlik pezumpsiyası pozulub.Prosesdə hakim Nurəddin Babayev gənc fəalların iddiasını təmin etməyib. Xatırladaq ki, Daxili İşlər Nazirliyi və prokurorluğun iki bəyanatında Emin Milliylə Adnan Hacızadənin təqsirindən danışılıb. Bəyanatlarda deyilib ki, gənclər xuliqanlıq ediblər və iki nəfəri döyüblər. Buna görə onların saxlanılması qanunidir. Gənc fəalların vəkilləri isə deyirlər ki, onları məhkəmə qərarından əvvəl təqsirli kimi qələmə vermək qanuna ziddir. Emin Milli və Adnan Hacızadə iyulun 8-də "Livan" kafesində baş verən münaqişədən sonra həbs olunublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA