Magistral yollarda iri tonnajlı yük avtomobillərindən istifadə qaydalarının tənzimlənməsi müzakirə olunub

img

10-08-2009 [04:32]


Bu gün Nəqliyyat Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi ilə birgə ölkədaxili magistral yollarda iri tonnajlı yük avtomobillərindən istifadə qaydalarını tənzimlənməsi ilə bağlı mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, keçirilən konfransda əsasən ümumi müddəalar, nəqliyyat vasitəsinin icazə verilən qabaritləri, ümumi kütləsi, nəqliyyat vasitəsinin oxuna düşən yükün icazə verilən kütləsi (çəkisi) barədə danışılıb. Tədbiri giriş sözü ilə açan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov şəhərlərarası magistral yollarda iri tonnajlı avtomobillərin qayda-qanunlara əməl etmədiyini, yol hərəkəti haqqında qanunun əsas müddəalarının sürücülər tərəfindən kobud şəkildə pozulduğunu qeyd edib. O, Bakı-Qazax magistral yolunda bir gündə həyata keçirilən reyd zamanı 49 ədəd normadan 3 dəfə artıq yük daşıyan avtomobillərin saxlanılaraq cərimələndiyini söyləyib. ?Azəryoll? servisin əməkdaşı Bayram Hüseynov avtomobillərin indiki durumundan söhbət açıb: ?Azərbaycanda 29 minə yaxın avtomobil fəaliyyət göstərir. Bu da yolların avropa standartlarına uyğun olmasına dəlalət edir. Əgər bu gün 15-18 minə yaxın avtomobil vasitəsi mövcuddursa, deməli Azərbaycanın iqtisadi vəziyyəti yaxşıdır. Biz buna görə prezident İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Yolların bilavasitə yaxşı qalması və yaxşı vəziyətdə saxlanılmasında təbii ki, biz istifadəçilərdəndə çox şey asılıdır. 20 tonluq yük aparma qabiliyyətinə malik olan yük avtomobilləri yalnız saat 12:00-dən, axşam 8:00-dən sonra yük daşaya bilərsə, əksər hallarda buna riayət etmirsə, bu da əlbəttə ki, yolların istifadə müddətindən tez sıradan çıxmasına səbəb olur. Əgər ?KamAZ? maşının yük götürmə qabiliyyəti 10 tona yaxındırsa, ona 20 tonluq yük əlavə edilirsə, bu da yolların asfalt-beton örtüyünün ağırlığına gətirib çıxarır. Özünüz bilirsiniz ki, havaların isti keçməsi asfald-beton örtüyünədə öz mənfi təsirini gösətirir. 30 dərəcədən yuxarı temperaturda asfalt-beton örtüyünədə yumşalma prosesi gedir. Sizin vasitənizlə əhaliyə müraciət etmək istəyirəm. Qərarın qəbul olunmasına dair heç kim əleyhinə çıxış edə bilməz. Bu dövlət tərəfindən qəbul olunmuş qərardır?. Bayram Hüseynov onu da bildirib ki, tətbiq olunan qaydalar bütün sivil ölkələrdə mövcuddur: ?Hər bir inkişaf etmiş ölkələrdə bu qaydalar əsasında fəaliyyət göstərir. İnanıram ki, bu qaydaların tətbiqi hamımız üçün əlverişli olacaq. Qanuna qarşı çıxmaq özü bir cinayətdir. İstərdim sizi bu qanunla tanış edim: 1.1.?Azərbaycan respublikasının ümumi istifadə də olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri?, ?Azərbaycan nəqliyyatı haqqında? Azərbaycan Respublikasının Qanununa, ?Avtomobil yolları haqqında? Azərbaycan Respublikasının Qanununa, ?Yol hərəkəti haqqında? Azərbaycan Respublikasının Qanununa, ?Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin avtomobil yollarında dövlətlərarası daşımalar həyata keçirən nəqliyyat vasitələrinin kütlə və ölçüləri haqqında? sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlarına, habelə bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına uyğun olaraq hazırlanmışdır. 1.2.?Azərbaycan Respublikasının ümumi istifadə də olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametləri? avtomobil yollarında hərəkət edən avtomobil nəqliyyatı vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsini, qabarit parametrlərini, həmçinin həmin nəqliyyat vasitələrinin oxlarına düşən yükün icazə verilən kütləsini müəyyən edir. 1.3.Müəyyən edilmiş qabarit və çəki parametrlərinə uyğun olmayan nəqliyyat vasitələri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidirlər. Cəmilə MƏMMƏDOVA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA