Bakıda Azərbaycan-Latviya Biznes forumu çərçivəsində turizm sahəsi üzrə forum keçirilib

img

10-08-2009 [03:33]


Bu gün Bakıda Azərbaycan-Latviya Biznes forumu çərçivəsində turizm sahəsi üzrə biznes forum keçirilib. Tədbirdə hər iki ölkənin bu sahədə perspektivləri, turizm potensiyalı, investisiya mühiti və biznes imkanları müzakirə edilib. İki ölkə arasında turizmi daha da inkişaf etdirmək məqsədiylə keçirilən tədbirdə Latviya və Azərbaycan turizm şirkətlərinin təqdimatı da keçirilib. Latviyanın turizm şirkətinin rəhbəri İvona Rezbere bildirib ki, Latviya Azərbaycanın turizm şirkətləriylə çox uğurlu əməkdaşlıq edirik. "Necə ki, sizin turistlər bizə gəlir, bizim də turistlər Azərbaycana gəlirlər. İndi bizim bir neçə turizm şirkətləriylə görüşlərimiz var və hesab edirəm ki, bundan sonra turistlərin sayı artacaq. Bizim turistlərə maliyyə böhranı da təsir edib. Bizim turistlər daha az səyahət etməyə başlayıblar. Amma indi sizin turistlərə bizim ölkəyə gəlmək daha sərfəlidir. Çünki böhrən nəticəsində bizdə bütün qiymətlər düşüb, otellər ucuzlaşıb. Bu səbəbdən bizə gələn turist axını artır". Qeyd edək ki, Latviyadan Azərbaycana ildə cəmi minə yaxın turist gəlir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA