Bölgələrə leysan və dolu düzəcəyi gözlənilir

img

10-08-2009 [12:59]


Qeyri-sabit hava şəraiti ölkə ərazisində avqustun 13-dək davam edəcək. Bakı və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək.Temperatur Bakı və Abşeron yarmadasında gündüz saatlarında 24-26 dərəcə, abşeron çimərliklərində dəniz suyunun hərarəti isə 23-24 dərəcə isti ilə müşahidə olunacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, avqustun 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək: ?Gecə və səhər saatlarında yağış yağacağı istisna deyil. Mülayim Şimal küləyi əsəcək, temperatur gündüz saatlarında 25-27 dərəcə təşkil edəcək?. G.Məmmədova bildirib ki, bölgələrdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir: ?Əsasən axşam və gecə saatlarında belə yağışların bəzi yerlərdə lokal leysan xarakterli olacağı və dolu düşəcəyi ehtimalı var. Yağışlarla əlaqədar olaraq çayların səviyyəsinin artacağı və xüsusən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısa müddətli sel və daşqın ehtimalı var?. G.Məmmədovanın sözlərinə görə, temperatur ötən günlərlə müqayisədə 7-9 dərəcə aşağı enib. Əvvəlki, günlər ərzində Bakıda və Abşeron yarmadasında 32-34 dərəcə isti təşkil olunmuşdursa, bu günlər ərzində 24-25 dərəcə təşkil edəcək. Yaxın 2 gün ərzində Bakı və Abşeron yarmadasında sərin hava şəraiti üstünlük təşkil edəcək ki, belə hava şəraiti ürək damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün əlverişli sayılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA