ETSN ekoloji qanunvericiliyin tələblərini pozanları cəzalandırır

img

10-08-2009 [12:41]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 27-31 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə gorə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 göstəriş verilib. Yerin təkinin mühafizəsi sahəsində 4 akt və 5 protokol tərtib olunmuş, 3 iş üzrə 1800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 14 akt və protokol tərtib olunmuş, 38 məcburi göstəriş verilib. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt tərtib olunub. Faunanın mühafizəsi üzrə isə 2 akt və protokol tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA