Bir ailədən 8 nəfər dənizdə boğulub, biri dünyasını dəyizib

img

10-08-2009 [12:27]


Avqustun 8-də Pirşağı çimərliyində 8 nəfər suda boğulub. Bir nəfər ölüb, birinin vəziyyəti ağırdır. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə rəis müavini Rauf Nağıyev Müstəqil İnformasiya Agentliyinə deyib ki, boğulanlardan birinin həyatını xilas etmək mümkün olmayıb: ?Dənizdə boğulanlar bir ailənin üzvləridir. Xəstələrdən biri vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb, qalanlarına isə yerindəcə tibbi yardım göstərilib?. R.Nağıyev onu da bildirib ki, bu günə kimi suda boğulanların sayı 37 nəfərdir: ?Onlardan 17 nəfərinin həyatını xilas etmək mümkün olmayıb. 12 nəfəri isə xəstəxanalara çatdırmışıq, vəziyyətləri normaldır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA