Qərbi Azərbaycanlıların Mühacir Hökuməti yaradılır

img

09-08-2009 [06:04]


Bu günlərdə əslən Qərbi Azərbaycandan olan ziyalıların bir araya gəldiyi Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası Müasir Müsavat Partiyasının (MMP) qərargahında fövqəladə iclas keçiriblər. Bu barədə açıqlama verən MMP sədri Hafiz Hacıyev deyib ki, iclasda Qərbi Azərbacanlıların Mühacir Hökumətinin yaradılması məsələsi müzakirə olunub. Onun sözlərinə görə, sentyabrda sözügedən qurumun yaradılması ilə bağlı konkret addımlar atılacaq: "Hələlik Qərbi Azərbaycanlılar İcması adlı Təşkilat Komitəsi yaradılıb. Bu yöndə çox ciddi addımlar atılıb. Mənə elə gəlir ki, sentyabr-oktyabr aylarında təşkilatlanma məsələsi başa çatacaq. Biz korrupsioner, dövlətin malını talayan və əslən Qəri Azərbaycandan olan məmurları qəbul etmirik. Amma sadə, zəhmətkeş Qərbi azərbaycanlılar, ziyalalır bu təşkilatda toplanacaqlar". H.Hacıyev onu da bildirib ki, belə bir təşkilat yaranacağı təqdirdə kimlərsə ortaya çıxıb bu ideyanın əleyhinə kampaniya aparacaq: "Biz bilirik ki, Budaq Budaqov kimi ziyalıları ortaya çıxarıb danışdıracaqlar. Amma biz bunu da nəzərə alırıq. Kim əleyhimizə nə danışacaqsa, cavabını alacaq. Ona görə də ruhdan düşmədən biz də yeni yaradılacaq təşkilata siyasi baxımdan dəstəyimizi verəcəyik. Hesab edirəm ki, bu günə kimi Qərbi Azərbaycandan - öz dədə baba torpaqlarından didərgin düşmüş insanları bir araya toplayıb öz sözümüzü deyə biləcəyik. Bu baxımdan çox ciddi addımlar atıldı". MMP sədri deyib ki, bu gün Qərbi azərbaycanlılar sıxışdırılır, bir hissəsi həbsdədir, bir hissəsi öz işlərindən didərgin salınıb: "Düşünürük ki, Qərbi azərbaycanlılar Qarabağ icmasından da böyükdür. Qarabağın alınması uğrunda da Qərbi azərbaycanlılar siyasi mübarizə aparırlar. Biz də Qərbi Azərbaycana qayıtmaq istəyirik. Hətta bir qrup Qərbi azərbaycanlı Ermənistan prezidentinə müraciət etmək istəyir ki, həmin dövlətin vətəndaşlığını qəbul etməyə hazırdır". Müsahibimiz yaradılan təşkilatın ölkə başçısına dəstək verməyi də planlaşdırdığını deyib. H.Hacıyevin fikrincə, prezidentin ətrafı onun yürütdüyü siyasətə qarşı çıxdığı üçün ona dəstək vermək lazımdır. "Qərbi azərbaycanlı ziyalılar da bundan narahatdır. Ona görə də ortaya güc qoyub fəaliyyət göstərmək isəyirlər", - deyən MMP sədrinin sözlərinə görə, sözügedən təşkilat dünya dövlətləri tərəfindən də qəbul olunacaq. H.Hacıyev deyib ki, sentyabr-oktyabr aylarında təsis yığıncağını keçirəndən sonra təşkilatın dövlət qeydiyyatına alınması üçün sənədləri Ədliyyə ?azirliyinə təqdim edəcəklər: "Bundan sonra beynəlxalq təşkilatlara da müraciət etmək istəyirik. ?əinki Ədliyyə ?azirliyində, dünya əhəmiyyətli təşkilatlarda da qeydiyyatdan keçmək fikrimiz var. İstəyirik ki, bütün dünya bizi tanısın, qəbul etsin. Ancaq problemlər də var. Ola bilsin ki, hakimiyyətdəki bəzi qüvvələr bizim bu planımızın baş tutmamasına cəhd göstərsin və Ədliyyə ?azirliyi bu təşkilatı qeydiyyata almasın. Amma biz, beynəlxalq hüquqa əsaslanaraq təşkilatımızı yaratmaq fikrindən daşınmayacağıq". H.Hacıyev həm də deyib ki, hakimiyyətin yuxarı eşelonundakı şəxslərin bu qurumda təmsil olunması mümkünsüzdür. Onun sözlərinə görə, Qərbi Azərbaycandan olan məmurların əksəriyyəti korrupsiyaya qurşandıqları üçün həmin təşkilatda fəaliyyət göstərə bilməzlər: "Vaxtiylə Əli İnsanov da Qərbi azərbaycanlıların adından danışırdı. Bu gün də bir qrup insan var ki, nazir və yaxud komitə sədrləridir. Amma istəmirik ki, həmin korrupsioner məmurlar bizim təşkilatın üzvü olsun. Çünki əslən Qərbi Azərbaycandan olan məmurların əksəriyyəti rüşvətxorluğa və korrupsiyaya qurşanıblar. Onların bir hissəsi "içəridədir", bir hissəsi də yaxın zamanlarda türmədə olacaqlar. Ona görə də onların Qərbi azərbaycanlıların adından danışmağa mənəvi haqları yoxdur".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA