Xəzərdə boğulan Almaniya vətəndazları xilas edilib

img

08-08-2009 [06:41]


Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin xəbərdarlıqlarına baxmayaraq əhali Xəzər dənizi sahilinin qeyri-çimərlik ərazilərindən çimmək məqsədilə istifadə edir. Bu mövsüm dənizdə boğulanların bir qismi məhz nəzarətsiz ərazilərdə boğulanlardır. Maraqlıdır ki, çimməyə icazə verilməyən yerlərə üz tutanlar arasında Azərbaycana gəlmiş əcnəbilər də var. Dövlət Sularda Xilasetmə Xidmətinin ?Nardaran-2? sularda xilasetmə məntəqəsinin xilasediciləri Xəzərdə boğulmaq təhlükəsilə üzləşən iki əcnəbini xilas ediblər. Xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, əcnəbi vətəndaşlar dənizin Nardarana yaxın nəzarətsiz ərazisində çimirmişlər. Xilas edilənlər Bilgəh qəsəbəsi, 1-ci dalan, ev 901-də kirayədə yaşayan 1965-ci il təvəllüdlü Şakiba Adiler və 1992-ci il təvəllüdlü Şakiba Lale adlı Almaniya vətəndaşlarıdır. Onlar xəbərdarlığa məhəl qoymadan uzağa üzərək yorulma səbəbindən suda boğulmaq təhləkəsi ilə üzləşiblər. MİA-ya verilən məlumata görə, dalğaların pəncəsindən xilas olunan almanları sahilə çıxarandan sonra onlar nəzarətçiz ərazidə çimdikləri və xəbərdarlığa məhəl qoymadıqlarına görə cərimələniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA