Elmira Süleymanova rayon polis zöbələrinin müvəqqəti saxlama təcridxanalarına baxız keçirib

img

08-08-2009 [12:47]


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Şəki-Zaqatala regionuna səfəri çərçivəsində Şəki regional mərkəzinin əməkdaşları ilə birlikdə Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına (MST) baxış keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən Vüctəqil İnformasiya Agentliyinə verilən məlumata görə, E.Süleymanova müvəqqəti saxlama təcridxanalarında saxlanılan şəxslərlə görüşüb, onlara hüquqlarını izah edib, bu müəssisələrdəki şəraitlə tanış olub. Balakən, Zaqatala, Qax və Qəbələ RPŞ MST-lərinin müasir standartlara uyğun təmir edildiyi müşahidə olunub. Şəki və Oğuz RPŞ-lərinin MST-lərində isə saxlanma şəraitinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə əsaslı təmir işləri yekunlaşmaqdadır. Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verib. Ombudsmanın Çevik Araşdırma Qrupunun üzvləri isə Sumqayıt şəhər Polis İdarəsinin (ŞPİ) MST-nə, həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə, həmçinin Abşeron Rayon Polis Şöbəsinin (RPŞ) MST-nə baxış keçiriblər. Onlar Sumqayıt ŞPİ-nin MST-də şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılan, həmçinin inzibati həbs edilən 40-dək şəxslə, Abşeron RPŞ-nin MST-də isə təqsirləndirilən və ya inzibati qaydada saxlanılan 6 şəxslə görüşüblər. Saxlanılan şəxslər buradakı şəraitdən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını, bəziləri isə barələrində çıxarılmış hökmdən apellyasiya şikayəti verdiklərini söyləyiblər. Qeyd olunub ki, Abşeron RPŞ MST-si təmir edilərək müasir standartlara uyğunlaşdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA