?Gənclər Fəaliyyətdə (2007-2013-cü illər)? Proqramı Azərbaycan gəncləri üçün geniz imkanlar yaradır

img

07-08-2009 [06:53]


Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının 2007-2013-cü illər üzrə ?Gənclər Fəaliyyətdə? proqramı çərçivəsində Bakı və region gəncləri üçün xüsusi təlimlərin keçirilməsinə başlamışdır. Təlimlərin keçirilməsində əsas məqsəd gənclərin qeyd edilən proqram haqqında dolğun informasiya əldə etməsinə və onların həmin proqramlara qoşulmasına kömək etməkdir. Avqust ayının ilk günlərindən başlayaraq bu günədək Bakı, Sumqayıt və Şirvan şəhərlərində təlimlərini təşkil etmiş Mərkəz, sentyabr ayının sonunadək qeyd edilən təlimlərin Gəncə, Mingəçevir, Quba, Şəki və Lənkəranda keçirilməsini də təmin edəcək. Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi Avropa Birliyinin Gənclər Proqramının Şərqi Avropa və Qafqaz üzrə informasiya təmsilçiləri şəbəkəsinin üzvüdür (əlaqə üçün: www.salto-youth.net/eeca). Bu imkandan istifadə edərək, Mərkəz hər il 200-dən çox gəncin Avropanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq təlim, konfrans, tanışlıq səfərləri, festival, yay düşərgələri və məktəbləri, simpozium və sərgilərdə iştirakına yaxından kömək edir. Mərkəz eləcə də ?Gənclər Fəaliyyətdə? proqramı çərçivəsində ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir. Qeyd edilən proqram çərçivəsində Avropalı gənc könüllülərin iştirakı ilə müxtəlif uşaq evlərində, qaçqın düşərgələrində, təhsil və mədəniyyət müəssisələrində sosial layihələr də həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA