QHT rəhbəri məhkəmənin nəzarətə götürülməsi üçün ədliyyə nazirinə müraciət edib

img

07-08-2009 [05:51]


?Yasamal rayon Məhkəməsində məsələyə baxış keçirilməzdən bir neçə gün əvvəl Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişəm. Ondan xahiş etmişəm ki, əsir və girovluqdan azad olmuş şəxslərin problemləri ilə bağlı ləğv olunmuş layihəmizin müdafiəsi üçün məhkəmə prosesini öz nəzarətinə götürsün?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Fondu ilə yaşanan məhkəmə çəkişmələrinə münasibət bildirərkən deyib. O, ədliyyə naziri Fikrət Məmmədovun onların probleminə laqeyd qalmayacağına da ümid edir: ?İnanıram ki, hakimlər də bu məsələyə ədalətlə baxacaqlar. Onlar da bu ölkənin vətəndaşıdır. Hamımızın ürəyində Qarabağ ağrısı var. Erməni terrorizmi nəin ki, 8 milyonun, bütün dünya azərbaycanlılarının ürəyinə dağ çəkib. Ona görə də bu məsələdə mənə qarşı ədalətsiz qərarın çıxarılması yolverilməz haldır?. E.Orucova onu da bildirib ki, Ədliyyə Nazirliyinə göndərilən məktubun çatması haqqında ona qəbz də göndərilib: ?Yenə deyirəm ki, mən bu məsələdə çox optimist yanaşıram və məhkəmədə qalib gələcəyimə əminəm?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA