07-08-2009 [05:02]
Bu gün ?ELS? Müstəqil Araşdırmalar Mərkəzi ?Caspian Plaza? Biznes Mərkəzində ?Əhalinin fövqəladə hallarda operativ xəbərdarlıq sistemi: mövcud problemlər və onların həlli yoları? mövzusunda dəyirmi masa keçirib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?ELS? Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova əhalinin ?donuz qripi? haqqında nə dərəcədə məlumatlı olmalarının müəyyənləşdirilməsi məqsədilə telefon sorğusu keçirdiyini bildirib. Onun sözlərinə görə, sorğuda 500 Bakı sakini iştirak edib: ?Sorğuda iştirakçıların 42,4 faizi kişi, 57,6 faizi isə qadın olub. Sorğu zamanı ?donuz qripi? haqqında məlumatlı olmaları barədə suala 17,6 faiz respondent tam məlumatlı olduqlarını, 68,2 faiz qismən məlumatlı olduqlarını söyləmişlər. Bundan əlavə, 14,1 faizi isə bu haqda ümumiyyətlə xəbərdar olmadıqlarını bildiriblər. Məlumatı haradan əldə etdikləri barədə suala 70,8 faiz respondent televiziyanın adını çəkib. Digər 9,4 faizi məlumatları İnternet, 7,8 faizi dost-tanış, 7,5 faizi radio və 4,5 faizi isə qəzetlər vasitəsilə aldıqlarını bildiriblər.
Nəzərinizə çatıdırım ki, burada televiziyanın məlumat mənbəyi kimi müsbət rolunu qeyd etmək lazımdır. Televiziyaya baxanların yalnız 6,7 %-i donuz qirpindən məlumatsız olduqlarını bildiriblər. Nazirliklərin saytında bu barədə materiallar da ürəkaçan səviyyədə deyil. Xarici İşlər Nazirliyinin saytında virusla bağlı dolğun məlumatlar yer alıb və Dövlət Gömrük Komitəsinin saytında virusun ölkə ərazisinə düşməməsi məqsədilə həyata keçirilən tədbirlər və qaynar xəttin nömrəsi ? 192 verilib. Səhiyyə Nazirliyi saytında isə virusla bağlı yadda qalan deyil. Laikn çox qəribədir ki, saytda təcili tibbi yardım xidməti, onun 103 nömrəli telefon nömrəsi, müxtəlif operatorlardan zəngetmə variantlarından heç bir məlumat yoxdur. Kənd Təsərrüfatı Nazirliyinin saytında nə donuz qiripi ilə bağlı nə görülən iş barədə, nə də hazırda həyata keçirilən tədbirlər barədə məlumatlar var. Üstəlik, Dövlət Baytarlıq Xidmətinin saytına keçid səhv verilib - www.vet.gov.az əvəzinə www.vet.got.az . Burada qaynar xətt nömrəsi də verilməyib. Baş Dövlət Yol Polisinin saytında nə ?102? nömrəli telefon haqda, nə də digər qaynar xətt haqqında telefon nömrələri verilib. Ümumiyyətlə, görünür saytın özü çoxdandır ki, təzələnmir. Məsələn, ?Yol ? nəqliyyat hadisələri? səhifəsində 2007-ci ilin ilk 9 ayı üçün statistika verilib. Bundan əlavə, Ən yaxşı təşkil olunan saytlardan Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin saytını göstərmək olar.
?ESL?in rəhbəri onu da bildirib ki, 82,1 % vətəndaşların fövqəladə hal zamanı lazımı kömək üçün təcili xidmətlərin hər hansısa telefon nömrələrini bildiklərini, 17,9 %-i isə bilmədiklərini qeyd ediblər: ?Respondentlər müxtəlif telefon nömrələrini qeyd etmişlər: 101 (rəyi soruşulanların 53,8 %-i), 102 (55,1 %), 103(73,1 %), 104 (2,6 %), 106 (1,3 %), 109 (9,6 %), 112 (11,5 %), 113 (1,8 %), 911 (1,6 %), 901 (1,3 %) və s. Məlum olmuşdur ki, respondentlər daha az səhvi təcili tibbi yardım xidmətinin söyləyərkən ediblər (94,9 %). Respondentlərin 5,1 %-i isə təcili tibbi yardım zamanı 101, 111, 113 nömrələrinə zəng edəcəklərini deyiblər. Yanğın zamanı 101 nömrəsinə bu xidməti göstərənlərin 57,8 %-i, qalan 42,2 %-i isə 102, 103, 113 və 01 nömrələrinə zəng etmək niyyətindədirlər. Yalnış nömrələr arasında daha çox 102 nömrəsi göstərilib. Bundan əlavə, polisi qeyd edənlərin 65 %-i bu xidmətə 102 nömrəsi ilə zəng edəcəklərini, 35 %-i isə 101 nömrəsinə müraciət etmək fikrindədirlər. Fövqəladə Hallar Nazirliyinin yaratdığı xidmətin telefon nömrəsi bir çox respondentə məlum olduğu aşkar edilib. Belə ki, bu xidmətin adını çəkənlərin 75 %-i telefon nömrəsini düzgün olaraq ?112? nömrəsini göstərmişlər. Lakin qalanları isə 25 %-i bu xidmətin nömrələrini 101, 102 və hətta 911, 901 olduğunu düşünürlər?.
İradə Yaqubovanın sözlərinə görə, bir çox nazirliklərin qaynar xətt nömrələrinin çətin və yadda qalmayandır: ?Dövlət Sosial Müdafiə Fonduna məxsus olan qaynar xətt nömrələri üçrəqəmli ? 190-dır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ? 438-13-35, 439-18-63, Kənd Təsərrüfatı Nazirliyi ? 498-64-49 (quş qripi ilə mübarizə aparılan vaxtı fəaliyyət göstərib), Səhiyyə Nazirliyi ? 495-40-15 və s. Mobil operatorlarından ?Azərcell? və ?Azərfon? (Narmobile) istifadəçiləri üçün 101, 102, 103, 104 və 112 nömrəli xidmətlərdə əlaqə tam pulsuzdur. Lakin ?Azərfon? (Narmobile) operatorunun saytında bu barədə ümumiyyətlə heç bir məlumat yoxdur. ?Bakcell? müştəriləri isə yalnız 102 nömrəsini birbaşa yığaraq pulsuz polislə əlaqə yaratmaq olar. Təcili tibbi yardım tələb olunduqda onlar əvvəl 012 rəqəmini yığmalı, zəng üçün isə adi tariflə pul ödəməlidirlər (1 saniyə -1 kontur). Yanğın zamanı adət etdiyimiz 101 nömrəsini yığmaq mənasızdır, çünki 101 bu operatorda ?Radio Antenn 101 FM? radio kanalında səsvermə üçün istifadə edilir.
Sonda ?ELS? Müstəqil Araşdırmalar Mərkəzi baş verən problemlərlə bağlı bir sıra təkliflər də irəli sürdü: ?Hər nazirlik üç rəqəmli telefon nömrəli qaynar xətti təşkil etməlidir. Bu nömrələrə zənglər pulsuz olmalı, qaynar xətt gün ərzində fəaliyyət göstərməlidir. ?Qaynar xətt?lərin nömrələri əhalinin nəzərinə TV, radio, kütləvi çap vasitələri, küçə lövhələri, kitabçalar, təqvimlər vasitəsilə çatdırıla bilər?.