Vahid məktəbli formasına keçid bu il reallazmadı

img

07-08-2009 [02:45]


Vahid məktəbli forması yeni tədris ilində tətbiq olunmayacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı məlumat verib. Z.Əliqızı bildirib ki, bəzi texniki səbəblərə görə orta məktəb şagirdləri üçün nəzərdə tutulan məktəbli geyimlərinin hazırlanması gecikdirilib: ?Seçim prosesi demək olar ki, bitmək üzrədir. Artıq konkret bir forma müəyyənləşib. Sadəcə, texniki proseslər yekunlaşdıqdan sonra Təhsil Nazirliyi tərəfindən təsdiqlənməlidir. Bunları nəzərə alaraq qarşıdan gələn tədris ili üçün formaların hazırlanıb satışa çıxarılmasını çatdıra bilmirik. Bu proses dərs ili boyunca həyata keçiriləcək. Əsas odur ki, ideya qəbul olunub və biz bu ideyaya doğru gedirik. Yəqin ki, növbəti tədris ilində bu layihə artıq tam olaraq reallaşacaq. Bu ideyanın gerçəkləşməsi üçün dərs ili boyunca işlər aparılacaq. Seçilən forma sifariş veriləcək və mərhələlərlə Bakının rayonları üzrə satışa buraxılacaq?. Z.Əliqızı həm də deyib ki, 2010-2011-ci tədris ilində Bakının bütün məktəbləri tam olaraq yeni vahid məktəbli formasına keçəcəklər: ?Nəzərə almaq lazımdır ki, Bakıda 360 minə yaxın şagird heyəti var. Bu qısa müddət ərzində onların hamısı üçün geyimin tikilib hazırlanması qeyri-mümkündür. Ona görə də bu il uşaqlar ötən dərs ilində tədris aldıqları müəssisələrdə istifadə etdikləri formaları geyəcəklər. Yeni geyimlərin alınmasına isə ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA