Türk generalı hərbi hissələrimizi gəzir

img

07-08-2009 [02:43]


Ölkəmizdə səfərdə olan Türkiyə Jandarma Baş Komandanlığı inspeksiyasının rəisi Osman Eker Azərbaycanın Daxili Qaşunlarının yerləşdiyi hərbi hissələri ziyarət edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri polkovnik leytenant Təranə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Türk Jandarması ilə 1997-ci ildə bağlanmış müqaviləyə əsasən, həmin vaxtdan onlarla əməkdaşlıq edilir: ?Azərbaycanın Daxili Qoşunlarının 200-dən çox hərbi qulluqçusu Türkiyənin hərbi məktəblərində təhsil alıb. Hazırda da orada təhsil alanlar var. Bu əməkdaşlıq davamlı olaraq aparılır. Osman Eker Daxili Qoşunların Baş İdarəsində oldu və komandanla görüşdü. Bundan sonra daxili işlər naziri Ramil Usubovun qəbulunda oldu?. T.Məmmədova deyib ki, səfər proqramına əsasən, bu gündən Osman Eker Daxili Qoşunların yerləşdiyi hərbi hissələrə baş çəkəcək: ?Hərbi hissələrə səfər tanışlıq xarakteri daşıyır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA