Ali məktəblərdə boz qalan yerlərə və orta ixtisas məktəblərinə tələbə qəbulu bazladı

img

07-08-2009 [11:30]


Bu gündən etibarən ali məktəblərə boş qalmış plan yerlərinə daxil olmaq üçün əlavə sənəd qəbuluna başlanır. Sənəd qəbulu yenə də internet vasitəsilə ilə aparılır və avqustun 11-dək davam edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqə imtahanda iştirak etmiş abituriyentlərin topladığı ballar əsasında aparılacaq. Əlavə qəbulun nəticələri isə avqustun 13-də açıqlanacaq. Eyni zamanda bu gündən 11-ci sinifdən orta ixtisas məktəblərinə sənəd qəbuluna başlayır. Bu müsabiqədə ali məktəblərin ixtisaslarını seçmiş, lakin uğur qazana bilməyən abituriyentlər də iştirak edə bilər. Tələbə adını qazanmış abituriyentlər isə avqustun 17-dək daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməlidirlər. Əks halda, bu, onların daxil olduqları ixtisasdan imtinası kimi qəbul olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA