Rasim Əkbərov prezident əmr verərsə, təzkilat yaradacaq

img

06-08-2009 [07:39]


Müstəqil İnformasiya Agentliyi dünən keçmiş briqada komandri Rasim Əkbərovun Qarabağ Azadlığı Ordusu adlı təşkilat yaratmaq niyyətində olması barədə məlumat yaymışdı. Amma bəzi qəzetlər məlumatı bir qədər təhrif edərək, hələ yaradılmayan təşkilatı mövcud qurum kimi təqdim etmələri narazılıq yaradıb. Belə ki, MİA-nın redaksiyasına telefon açan Rasim Əkbərovun qardaşı Rəfael Əkbərov deyib ki, məsələ bir qədər fərqlidir: ?Rasim Əkbərov da mən də deyirəm ki, əgər müharibə olarsa, prezident istəyərsə, belə bir təşkilat yaradıb döyüşə getməyə hazırıq. Bilirsiniz, partizan dəstəsi yaratmaq üçün silah lazımdır, dövlət onu sərhəddən keçirməlidir. Bunun nə qədər prosedurları var. Partizan dəstəsini beyində yaratmaq olmur ki. ?Yeni Müsavat? qəzeti yazıb ki, Rasim Əkbərov partizan dəstəsi yaradır. Mən onlarla əlaqə saxladım, dedilər ki, xəbəri internetdən götürüblər. Üstəlik qəzetdə təhrif ediblər. Bəli, indi də deyirik ki, əgər prezident göstəriş verərsə, köhnə döyüşçülər dövlətə, prezidentə hər zaman sadiqdirlər və lazım olan vaxtı döyüşə hazırdırlar. Bir də ki, Rasimin 55, mənim 50 yaşım var. Özüm müharibədə Azərbaycan bayrağı ordeni almışam, komandir batalyon olmuşam. Prezident əmr verərsə, əlbəttə partizan dəstəsi də yaradarıq?. R.Əkbərov onu da nəzərə çatdırıb ki, Rasim Əkbərov da onunla eyni fikirdədir. Onun sözlərinə görə, qəzetdə R.Əkbərovun fikirləri kontekstdən çıxarılıb: ?Qəzet yazır ki, guya kimsə Qarabağı vermək istəyir, Rasim Əkbərov da bunun qarşısını almağa çalışır. Axı, belə bir şey yoxdur. Biz prezidentdən çox razıyıq, Rasimi də əfv edib. Biz dövlətçiliyə sadiq adamlarıq. Hansısa təşkilat yaratmağa da bizim nə vaxtımız, nə həvəsimiz var. Belə bir iddiamız da yoxdur?. Qeyd edək ki, Müstəqil İnformasiya Agentliyinin dünən yaydığı xəbərdə Rasim Əkbərovun partizan dəstəsi yaraması ilə bağlı hər hansı bir məlumat olmayıb. Bu haqda məlumat yayan mətbuat orqanların isə qarşı tərəfə mənbə kimi Müstəqil İnformasiya Agentliyini göstərməsi də doğru deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA