Azay Quliyev Rumıniyadan gəlmiz nümayəndə heyəti ilə görüzüb

img

06-08-2009 [06:16]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Rumıniya Dostluq Cəmiyyətinin sədri Azay Quliyev Heydər Əliyev Fondunun dəvəti ilə ölkəmizdə işgüzar səfərdə olan Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. A.Quliyev ölkələrimiz arasında möhkəmlənən dostluq əlaqələri haqda ətraflı danışaraq qeyd etdi ki, bu əlaqələr regionda və Avropada sülhə, əmin-amanlığa, iqtisadi və mədəni çiçəklənməyə xidmət edir. Nümayəndə heyətinin başçısı Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanu cavab nitqində Azərbaycanla Rumıniya arasında dostluğun və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Buxarest şəhər rəhbərliyinin bundan sonra da səy göstərəcəyini vurğuladı. Buxarestdə ulu öndər Heydər Əliyevin adına parkın salınmasını və orada dahi siyasətçiyə abidə ucaldılmasını N.Onstyanu Azərbaycanı rumınlara daim xatırladan bir dostluq rəmzi kimi qiymətləndirdi. Qonaqlar A.Quliyevə xatirə hədiyyələri təqdim ediblər. Görüşdən sonra qonaqlar Milli Məclisin binasındakı Heydər Əliyev Muzeyi və parlamentin böyük iclas zalı ilə tanış olublar. A.Quliyev parlamentin siyasi tərkibi, fəaliyyəti və deputatların səsvermə prosedurları ilə bağlı verilən çoxsaylı sualları cavablandırıb. Qonaqlar iclas zalında xatirə şəkli çəkdirdilər. Nümayəndə heyəti ilə görüşdə Milli Məclisin deputatları Fazil Mustafa və Fəzail İbrahimli də iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA