Bu il 10 min 560 partlamamız hərbi sursat zərərsizləzdirilib

img

06-08-2009 [02:17]


2009-cu ilin iyul ayı ərzində 2 milyon 244 min 355 kvm ərazi yoxlanaraq mina və partlamamış hərbi sursatdan təmizlənib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidmətindən məlumat verilib. Əməliyyatlar zamanı 10 min 560 partlamamış hərbi sursat zərərsizləşdirilib. Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edib: ?Həmçinin əməliyyatlarda 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Fizuli, Tovuz, Ağstafa, rayonlarında və Bakı şəhəri Qaradağ rayonu ərazisində aparılır. Ötən ay ərzində 2 bədbəxt hadisə qeydə alınıb və nəticədə 3 nəfər müxtəlif dərəcədə xəsarət alıb?. Ötən ay ərzində keçirilən səfər və görüşlərə gəlincə isə 27-31 iyul 2009-cu il tarixində ANAMA mütəxəssisləri Gürcüstanda Sloveniya Beynəlxalq Etimad Fondu və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi tərəfindən təşkil olunmuş seminarda iştirak edib: ?14-31 iyul tarixində Azərbaycan hökumətinin Əfqanıstana qeyri-hərbi sahədə yardımı çərçivəsində Əfqanıstan Minatəmizləmə Deportamenti işçilərinin ikinci qrupu ANAMA tərəfindən keçirilən minatəmizləmə üzrə təlimlərdə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olublar. 20 iyul-21 avqust 2009-cu il tarixlərində Azərbaycan Hökumətinin Gürcüstan Respublikası Müdafiə və Daxili İşlər Nazirliklərinin 17 nümayəndəsi üçün minatəmizləmə üzrə təlimlər keçirilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA