Səbail rayon icra Hakimiyyəti Badamdarda abadlıq izləri aparır

img

06-08-2009 [02:01]


Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanan ?Abad həyət? layihəsinə əsasən rayonun Badamdar qəsəbəsindəki Tofiq Məmmədov küçəsi-9 ünvanında yerləşən abadlaşdırma işləri yekunlaşıb. İcra hakimiyyətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə görə, sözügedən ərazidə qısa müddət ərzində sakinlərin istirahəti üçün 3 ədəd söhbətgah, kiçik yaşlı uşaqlar üçün yelləncəklər və əyləncə qurğuları quraşdırılıb, həyətin mərkəzində 450 kvadratmetr sahədə yaşıl örtüklü mini futbol meydançası qurulub, 2200 kvadratmetr sahəyə asfalt örtüyü salınıb. Layihənin davamı olaraq icra hakimiyyəti Tofiq Məmmədov küçəsi-22 ünvanındakı həyətdə də avqustun ilk günlərindən abadlıq işlərinə başlayıb. Layihə çərçivəsində rayon ərazisindəki bir sıra həyətlərdə abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA