Süveyrat Həsənova: ?Hidrobioloji mühitimiz təhlükədədir?

img

05-08-2009 [03:11]


?Ekoloji Qayğı İctimai Birliyinin həyata keçirdiyi ?Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi? layihəsi üzrə aparılan işlər ciddi nəticələr verir?. Birliyin sədri Süveyrat Həsənova bunu Müstəqil İnformasiya Agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, çərçivəsində görkəmli akademik M.Ə.Salmanov, biologiya elmləri namizədləri Z.M.Quliyev və A.R.Əliyevin ?Hidrobioloji mühitin ekoloji qiymətləndirilməsi? bölməsi üzrə yerinə yetirilmiş araşdırma və tədqiqatlar həqiqətən həyəcan doğurur. ?Həmsərhəd zonadakı çaylar və su hövzələri ermənilər tərəfindən hər cür çirklənməyə məruz qoyulur. Çaylarımıza axıdılan ağır metal turşularının, qələvi və aşı maddələrlə zəngin olan tullantıların, həmçinin canlı həyat və mikroorqanizmlər üçün son dərəcə təhlükəli fenolun miqdarı normadan 35-40 dəfə artıqdır?. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə üzrə yekun konfransın keçirilməsi bu ilin sentyabr ayına planlaşdırılır. Konfransda Azərbaycanın görkəmli alim və ekoloqlarının problem üzrə məruzələri dinləniləcək, həmsərhəd çayların və su hövzələrinin vəziyyəti ilə bağlı müraciətlər ediləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA