?Xalq kompüteri? layihəsi baza çatır

img

05-08-2009 [01:59]


Azərbaycanda müəllimlərə kompüterlərin güzəştli qiymətlə satışını nəzərdə tutan ?Xalq kompüteri? pilot layihəsi yekunlaşmaq üzrədr. Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, HP və ?Microsoft? şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən ?Xalq kompüteri? layihəsinə bu il aprelin 10-dan start verilib. İcrası dörd ay üçün nəzərdə tutulan layihə avqustun 10-da yekunlaşmalıdır. Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ötən müddət ərzində müəllimlərə 2000-dən çox kompüter satılıb. Sifarişlərin 90%-i noutbukların payına düşür. Güzəştli kompüterlərin alınması üçün 39 rayon və şəhərdən müraciətlər daxil olub. Ən çox kompüter alanlar Biləsuvar, Kürdəmir, Laçın, Quba, Qusar, Saatlı, Sabirabad, Salyan və Sumqayıt şəhərindən olan müəllimlərdir. Kompüterlərin alınması üçün müraciətlər indi də daxil olmaqdadır. Təşkilatçılar ?Xalq kompüteri? layihəsinin icra müddətinin sonunadək təqribən 3 minə yaxın kompüterin satılacağını proqnozlaşdırırlar. Bundan sonra layihə təhlil ediləcək və onun sonrakı gedişi barədə qərar qəbul olunacaq. Xatırladaq ki, müəllimlərə qiyməti 499, 599 və 699 AZN olan üç növ HP noutbukları və qiyməti 599 olan bir növ stolüstü HP kompüteri təklif edilir. Alıcı sifariş etdyi kompüterin dəyərini 12 ay ərzində hissə-hissə ödəməlidir. Yeri gəlmişkən, ?Xalq kompüteri? pilot layihəsi çərçivəsində onlayn ödəmə sistemi tətbiq olunub. İndi kompüter alan müəllimlər www.xalqkomp.az saytında kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər 100 nəfərə 8 kompüter düşür. Hər 100 nəfərdən 7-si isə internet istifadəçisidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA