Keçmiz briqada komandiri Rasim Əkbərov ?Qarabağ Azadlıq Ordusu? yaradır

img

05-08-2009 [01:47]


Ötən il avqustun 27-də prezident İlham Əliyevin imzaladığı əfv fərmanına əsasən azadlığa buraxılan sabiq briqada komandiri Rasim Əkbərov yeni təşkilat yaradır. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, keçmiş briqada komandirinin yaradacağı təşkilat Qarabağ Azadlıq Ordusu adlanacaq. Məsələylə bağlı MİA-ya açıqlama verən R.Əkbərov məlumatı təsdiqləyib: ?Bəli, belə bir şey var. Bildiyiniz kimi, torpaqlarımızın 20 faizi işğal altındadır və bu da hamımızı narahat edir. Bir sıra keçmiş hərbçilər də bu narahatçılıqlarını mənimlə bölüşüblər və bildiriblər ki, belə bir qurum yaradaq. Mən də razılıq vermişəm. Hesab edirəm ki, Qabarağ Azadlıq Ordusu Azərbaycan Ordusunun ehtiyyat variantı olacaq. Hətta deyərdim ki, təşkilatımız Azərbaycan ordusunun avanqardı olacaq. Bu təşkilatda müxtəlif sahələrin nümayəndələri, əsasən də hərbçilər toplaşacaq?. R.Əkbərov onu da bildirib ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar nəticə vermir. Bu səbəbdən də keçmiş briqada komandiri münaqişənin müharibə yolunu ilə həllini məqsədəuyğun hesab edir: ?92-ci ildən bəri danışıqlar gedir, ancaq ortada bir şey yoxdur. Belə getsə, danışıqlar yolu ilə nəyəsə nail olmaq mümkün olmayacaq. Bu səbəbdən də hesab edirik ki, müharibəyə hazırlaşmaq lazımdır. Bunun üçün də Qarabağ Azadlıq Ordusunu yaratmaq istəyirik. Bu, bir ehtiyyat variantıdır?. Azərbaycan Ordusu ilə bağlı son dövrlər səslənən fikirlərə gəlincə, R.Əkbərov konkret bir söz deməyib. O bildirib ki, ordu dövlətindir, hər şeyə dövlət nəzarət etməlidir. Əgər problem varsa, islahatlar aparıb həll etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA