Sabahdan havalar sərinləzəcək

img

05-08-2009 [12:24]


Bakı və Abşeron yarmadasında avqust ayının 6, 7 və 8 hava gün ərzində dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz kecəcəyi gözlənilir. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev yaxın günlərdə hava şəraiti ilə bağlı proqnoz verərkən belə deyib. Onun sözlərinə görə, avqust ayının 6, 7 və 8 cənub şərq küləyi, şimal qərb küləyi, şimal küləkləri ilə əvəz olunacaq: ?Yəni mülayim küləklə müşahidə olunacaq. Havanın temperaturuna gəldikdə isə avqust ayının 6 və 7 gecə saatlarında 22-25, gündüz 32-36 dərəcə isti, avqust ayının 8-i isə gündüz saatlarında temperaturun 30-32 dərəcə artması müşahidə olunacaq. Azərbaycanın rayonlarında isə avqustun 6-da əsasən yağmursuz hava şəraiti gözlənilir. Ancaq səhər saatlarında bəzi yerlərdə duman olacaq. Böyük Qafqazda şimşək çaxacağı, qısa müddətli az yağış yağacağı ehtimalı var. Rayonlarda temperatur avqust ayının 6-da gündüz saatlarında 31-36 dərəcə isti, avqustun 7 və 8 isə əsasən yağmursuz hava şəraiti ilə müşahidə olunacaq. Lakin avqustun ayının 7-si axşamdan başlayaraq şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Avqust ayının 8-də bəzi yerlərdə lokal leysan xarakterli olacağı, qərb rayonlarında isə dolu düşəcəyi ehtimalı var. Temperatur isə gündüz saatlarında 31-36 dərəcə isti gözlənilir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA