Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yoxlamalar aparır

img

05-08-2009 [11:49]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə aydır ki hüquqi və fiziki şəxslərə ?Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi? fəaliyyət növü ilə məşğul olmaları üçün xüsusi razılıq (lisenziya) sənədi verir. Komitənin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə bildirilib ki, lisenziya verilməsinə başlanılan gündən indiyədək 40-a yaxın hüquqi və fiziki şəxs həmin sənədi almaq istəsə də, onların müvafiq kadr potensialına malik olmamaları buna imkan verməyib. Nticədə avqustun 1-dək qeyd olunan fəaliyyət növü ilə məşğul olmaq üçün 17 hüquqi və 1 fiziki şəxsə lisenziya verilib. Komitədən bildirilib ki, bu qurum binaların layihələndirilməsi üçün əvəllər lisenziya almış hüquqi və fiziki şəxslərin fəaliyyətinin lisenziya tələbləri və şərtlərinə uyğunluğuna nəzarət məqsədilə İqtisadi İnkişaf Nazirliyilə birgə vaxtaşırı yoxlamalar da aparır. Avqustun 1-dək lisenziya şərtlərinə və tələblərinə riayət edilməməsi səbəbindən 12 hüquqi şəxsin lisenziyasının fəaliyyəti dayandırılıb. Bunlar ?Ata inşaat?, ?Ziyəddinoğlu?, ?İnkişaf-L& V İnşaat?, ?YL İnşaat LTD?, ?AZTEG?, ?Studiya İnter Dizayn?, ?Şirvan-S?, ?Stil Mühəndislik? Məhdud Məsuliyyətli cəmiyyətləri, ?Erenport İnşaat Sanayi ve Ticaret Anonim Şirketi?, ?Şinkar İnşaat?, ?Füsal-F?, ?Azəri? firmalarıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən onu da bildiriblər ki, qurumun Şəhərsalma-arxitektura nəzarəti şöbəsinin əməkdaşları Abşeron rayonunda şəhərsalma qanunvericiliyinə riayət olunmasına və şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət məqsədilə müvafiq araşdırma aparırlar. Yoxlamanın nəticləri məlum olandan sonra komitədə müzakirə ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA