Silahlı Qüvvələrə Yardım Fonduna 4 416 332 manat toplanıb

img

04-08-2009 [05:55]


İndiyədək Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun manatla açılan hesabına 4 416 332 manat köçürülüb. ABŞ dolları ilə hesabda 95 792 dollar, avro ilə hesabda isə 594 avro toplanılıb. Qeyd edək ki, mərhum Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, toplanan vəsait silahlı qüvvələrin maddi texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasında istifadə edilə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA