Dini mağazaların ixtisaslazdırılması üçün sənədləzdirmə prosesi baza çatıb

img

04-08-2009 [04:17]


?Dini etiqad və vicdan azadlığı haqqında? qanuna edilən əlavə və dəyişikliklərin icrası davam edir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə dini icmaların qeydiyyatına start veriləcək: ?Dini icmaların qeydiyyat prosesi davam edir. Artıq indiyədək xeyli sayda müraciət daxil olub. Yaxın günlərdə onlar bir-bir qeydiyyatdan keçəcək?. Şöbə müdiri deyib ki, mağazaların ixtisaslaşdırılması üçün sənədləşdirmə prosesi başa çatıb: ?Digər müddəalar da yerinə yetirilir. Qanuna edilən dəyişikliklərə əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçiriləcək. Bununla bağlı lazımi tədbirlər görülür. Konkret olaraq mağazalara lisenziya verilməsi üçün sənədləşdirmə prosesi artıq başa çatıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA