Bu il orta ümumtəhsil məktəblərində dərslik problemi olmayacaq

img

04-08-2009 [04:11]


2009-2010-cu tədris ili üçün dərslik və dərs vəsaitlərinin hazırlanması prosesi yekunlaşmaq üzrədir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Təhsil Nazirliyi (TN) dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. Onun sözlərinə görə, nazirlik 2009-2010-cu tədris ili üçün 87 adda dərslik və müəllimlər üçün vəsaitlərin nəşrini planlaşdırıb: ?Bu məqsədlə vaxtında hazırlıq işləri aparılıb və bunun nəticəsidir ki, əvvəlki illərlə müqayisədə bu il dərsliklərin hazırlanması prosesi daha tez başa çatıb. Belə ki, 5-11-ci siniflər üçün 47 adda dərslik çap olunub. Bu işi nazirin əmri ilə yaradılmış işçi qrupu həyata keçirib. Artıq həmin dərsliklər əyalətlərə göndərilib. Hazırda rayonlarda dərsliklərin məktəblərə paylanmasına start verilib. 40 adda isə yalnız ikinci sinif üçün dərslik və müəllimlər üçün nəzərdə tutulmuş dərs vəsaitləri hazırlanacaq. Təxminən ilyarım əvvəl bu dərsliklərin hazırlanması üçün tender elan edilmişdi. Tender Təhsil Nazirliyinə nəticələrin təhvil verilməsi ilə başa çatıb. Təkliflərə baxıldıqdan sonra Dərslikləri Qiymətləndirmə Şurasının tövsiyəsi əsasında çap işinə başlanılıb. Həmin vəsaitlər komplekt halındadır. Bu komlektə dərslik, müəllim üçün vəsait və iş dəftəri daxildir. Həmin komplektlərdən bir neçəsi hazırdır və Maddi Texniki Təchizat idarəsinə təhvil verilib. Qalanları isə avqust ayının 20-dək təhvil verilməlidir. Bundan sonra ayın sonunadək həmin vəsaitləri məktəblərə göndərəcəyik?. Şöbə müdiri deyib ki, bu il Gürcüstandan dərslik sifarişi nisbətən azalıb: ?Bu məsələ hər zaman gündəmdədir. Gürcüstan və Dağıstanda, həmçinin dünyanın ayrı-ayrı yerlərində kompakt halda yaşayan azərbaycanlılar üçün səfirliklər vasitəsilə dərsliklər göndərilir. Son illər Gürcüstandan dərsliklərin sifarişi azalıb. Buna səbəb Gürcüstan Təhsil Nazirliyinin orada yaşayan soydaşlarımız üçün dərsliklər hazırlaması ilə bağlıdır? Buna baxmayaraq, hər il oduğu kimi bu il də biz qonşu ölkədə yaşayan məktəbli soydaşlarımızı lazımi vəsaitlərlə təmin edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA